"Sabah"ın UEFA Gənclər Liqasında oyunlarının təqvimi AÇIQLANDI

13:40 Sabah 81
"Sabah"ın UEFA Gənclər Liqasında oyunlarının təqvimi AÇIQLANDI

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”la (İspaniya) qarşılaşacaq.

Çempionlar Liqasının əsas mərhələsində yarışacaq əsas komandadan fərqli olaraq, "Sabah" və digər 35 klub Gənclər Liqasının Liqa mərhələsində 8 deyil, 6 oyun keçirəcək.

“Sabah”ın oyunlarının təqvimi belədir:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”

13 oktyabr: “Sabah” – “Slaviya”

20 oktyabr: “Sabah” – “Borussiya” Dortmund

4 noyabr: “Vikinq” – “Sabah”

25 noyabr: “Sabah” – “Barselona”

8 dekabr: “Vilyarreal” – “Sabah”

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!