“Müəyyən limit var və Çempionlar Liqasında sadəcə 17 əcnəbi futbolçu sifariş edə bilərsən, daha sonra dəyişikliklər etmək mümkündür".
Sportinfo.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas deyib.
Litvalı mütəxəssis yeni transfelərin olmayacağını deyibb:
“Düşünürəm ki, ən azı qışa qədər üç cəbhədə - Azərbaycan çempionatında, kubokunda və Çempionlar Liqasında - bu heyətlə mübarizə aparacağıq.
Onu da qeyd edim ki, biz heç kimdən çəkinmirik. Nəticələr necə olursa-olsun, bizim üçün əsas ən yaxşı oyunumuzu göstərməyə çalışmaqdır.
Bizi buralara nəyin gətirdiyini unutmamalıyıq. Ən çox çalışmaq və hər gün məşqlərdə yüksək performans göstərməklə buna nail olmuşuq.
Çalışacağıq ki, yenə yüksək performans göstərib yaxşı nəticələr əldə edək”.
