“Hələ yazmamışam, hazırda məndən başqa da ona çoxlu mesaj gəlir, böyük iş gördü”

11:00 Sabah 75
“Hələ yazmamışam, hazırda məndən başqa da ona çoxlu mesaj gəlir, böyük iş gördü”

Şımkent “Ordabası”sının qapıçısı Bekxan Şayzada Qazaxıstan millisindəki komanda yoldaşı Stas Pokatilovun “Sabah”ın heyətində Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Şayzada həmkarını bu münasibətlə təbrik edəcəyini söyləyib.

O, Pokatilovun bu uğuruna sevindiyini deyib:

“Stasın komandasının Çempionlar Liqasına yüksəldiyini gördüm və onun adına çox sevindim. Hələ şəxsən ona yazmamışam, amma böyük iş gördü.

Milli komandaya gələndə onu şəxsən təbrik edəcəyəm. Düşünürəm ki, hazırda məndən başqa da ona çoxlu mesaj gəlir”.

@Sabah” ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Avqust 17:30 Çək və bizə göndər!