“Milyonçu” şousuna yarışmaq və əylənmək üçün getmişdim.
12 yaşımda peşəkar futbolçu olmayacağımı anlayanda məşqçi olmağa qərar verdim, sonra elə alındı ki, İngiltərəyə köçmək imkanım yarandı.
Oraya daha yaxşı həyat qurmaq və futbol məşqçiliyi karyeramı inkişaf etdirmək üçün getdim”.
bu sözləri Azərbaycan çempionu və ölkə kubokunun qalibi, tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Flashscore”a müsahibəsində deyib.
Litvalı mütəxəssis futbolda işləyə və bu idman növünü peşə sahəsinə çevirə bildiyi üçün xoşbəxt olduğunu bildirib:
“Bu olmasaydı, nələrin baş verəcəyini təsəvvür edə bilmirəm. Amma əminəm ki, arzumu gerçəkləşdirməyin bir yolunu tapardım.
İngiltərəyə getdiyim ilk gündən futbol məşqçisi olmağı xəyal edirdim. Bu, mərhələlərlə baş verdi.
Əvvəlcə dili öyrəndim. Sonra 1-ci, ardınca 2-ci səviyyəli məşqçilik kursuna yazıldım. Və sonra uşaq futbolunda ilk təlim sessiyamı keçirərək təcrübə qazandım.
Peşəkar və ya yarıpeşəkar klubların akademiyasında işə düzəldim. Sonra universitetdə idman elmləri və məşqçilik üzrə dərəcə aldım.
Özümü inkişaf etdirmək üçün mümkün olan hər cür kurs və konfranslarda iştirak etdim. Sonra peşəkar futbolda necə işləyəcəyimi xəyal etməyə və planlaşdırmağa başladım.
İngiltərədə bunun mümkün olmadığını başa düşürdüm. Amma bilirdim ki, vətənimdə belə bir şansım olacaq”.
