“Barselona” Bakıya nə vaxt gələcək? - “Sabah”ın ÇL-də oyunlarının təqvimi

16:20 Sabah 236
“Barselona” Bakıya nə vaxt gələcək? - “Sabah”ın ÇL-də oyunlarının təqvimi

2026/27 mövsümü Çempionlar Liqasının Liqa mərhələsinin təqvimi açıqlanıb.

Sportinfo.az bu barədə UEFA-nın saytına istinadən xəbər verir.

Liqa mərhələsinin matçlarına sentyabrın 8-də start veriləcək, 2027-ci ilin yanvarın 27-də isə yekun vurulacaq.

Azərbaycan çempionu “Sabah” ilk oyununu sentyabrın 10-da səfərdə “Mançester Yunayted”lə Liqa mərhələsində son matçını isə yanvarın 27-də səfərdə “Arsenal”a qarşı keçirəcək.

“Sabah”ın oyunlarının təqvimi

1-ci tur, 10 sentyabr

Mançester Yunayted - Sabah

2-ci tur, 13 oktyabr

Sabah - Slaviya

3-cü tur, 20 oktyabr

Sabah - Borussiya Dortmund

4-cü tur, 4 noyabr

Vikinq - Sabah

5-ci tur, 25 noyabr

Sabah - Barselona

6-cı tur, 8 dekabr

Vilyarreal - Sabah

7-ci tur, 20 yanvar

Sabah - Napoli

8-ci tur, 27 yanvar

Arsenal - Sabah

Liqa mərhələsində 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanır.

Yarışı 25-36-cı yerdə tamamlayan komandalar isə Avropa kuboklarında çıxışlarını başa vuracaqlar.

Digər Xəbərlər
Xəbər Lenti