Bu həftə Çempionlar Liqasında iki sensasiya qeydə alındı - biri Azərbaycanda, biri də Avstriyada.
LASK Şotlandiyadan ”Seltik”ə ”divan” tutdusa, bizim çempion ”Sabah” İsraildən ”Hapoel”i darmadağın etdi.
Rumuniyadan, neytral meydandan 1:2 hesablı məğlubiyyətlə dönmüş ”Sabah” Bakıda 5:2 qazanaraq, tarixində ilk dəfə liqa mərhələsinə yüksəldi.
Burada əsas məqam topa sahib olma faizinin özü deyil.
“Sabah” pressinq altında hər epizodda qısa ötürmələrlə çıxmağa çalışsaydı, “Hapoel” istədiyi oyunu oynayacaqdı.
Komanda müəyyən anlarda daha birbaşa futbol seçdi, cinahlardan istifadə etdi və ilk pressinq xəttini keçdikdən sonra sürətlə hücuma keçməyə çalışdı. Bu, xüsusilə əlavə vaxtda öz nəticəsini verdi.
Ümumilikdə isə “Hapoel”in bu turnirdəki statistik göstəriciləri onun nə qədər ciddi rəqib olduğunu göstərirdi.
UEFA-nın turnir statistikalarında İsrail klubunun yüksək topa sahibolma və ötürmə dəqiqliyi ilə seçildiyi görünür: təsnifat mərhələsində “Hapoel”in ötürmə dəqiqliyi 90 faizin üzərində olub.
Komanda həmçinin topu rəqibdən geri qazanmaq və müdafiə aksiyalarının intensivliyi baxımından da yüksək göstəricilərə malik idi.
“Sabah”ın üstünlüyü isə bu pressinq sistemini 120 dəqiqə ərzində sındıra bilməsində idi.
SPORTİNFO.AZ
