“Sumqayıt”ın belaruslu sabiq baş məşqçisi Aleksey Baqa ölkəsinin mətbuatına açıqlamasında “Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.
Sporinfo.az xəbər verir ki, hazırda Belarusun “Torpedo-BelAZ” klubunu çalışdıran mütəxəssis buna təəccüblənmədiyini açıqlayıb.
Onun fikrincə, “Sabah” düzgün qurulan işin bəhrəsini görür:
“Sabah”ı təbrik edirəm. Xüsusilə də gənc klub üçün bu, böyük nailiyyətdir.
Amma mən Azərbaycanda işlədiyim dövrdə də görünürdü ki, onlar həm çempionatda, həm də avrokuboklarda qarşılarına böyük hədəflər qoyurlar. İnfrastruktur inkişaf edir, stadion və məşq bazası tikilirdi.
Yaxşı legionerlər gəlirdi. Rusiyada “Krasnodar”la çempion olmuş Murad Musayev də orada çalışıb. İndi isə Avropada uzun müddət fəaliyyət göstərmiş, “Ludoqorets”də işləmiş Valdas Dambrauskas komandaya rəhbərlik edir.
Ümumiyyətlə, komanda tədricən inkişaf edib və hər şey də buna doğru gedirdi. Bu uğur birdən-birə, heç nədən yaranmayıb”.
“Sabah” iki oyunun cəmində İsrail klubunu 6:4 hesabı ilə məğlub edərək Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.
