Demə, Avropanı mat edən Azərbaycan klubunun baş məşqçisi şahmatçı imiş... FOTO

28 Avqust 13:40 Sabah 552
Demə, Avropanı mat edən Azərbaycan klubunun baş məşqçisi şahmatçı imiş... FOTO

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynaması ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, bu barədə gənc qrossmeyster Aydın Süleymanlı paylaşım edib.

O, çalışdırıcının oyundakı nəticəsini paylaşaraq bu sözləri yazıb: “İndi başa düşürük ki, niyə həmişə bir gediş qabaqdadır”.

Məşqçinin Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytındakı reytinq xalı 1833-dür. Bu isə ən yaxşı həvəskar səviyyə hesab olunur.

Litvalı mütəxəssisin rəhbərliyi ilə “Sabah” İsrailin “Hapoel” komandası üzərində qələbəsi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

dambrauskas-sahmat-oynayirmis

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM