“Torba”dan “Barselona” çıxdı, “Sabah”ın oyunçuları, görün, necə sevindi! - VİDEO

28 Avqust 13:20 Sabah 1 570
“Torba”dan “Barselona” çıxdı, “Sabah”ın oyunçuları, görün, necə sevindi! - VİDEO

“Sabah”ın oyunçuları püşkatmada nəhəng komandaların adlarının çıxmasına maraqlı reaksiya verib.

Sportinfo.az İTV-yə istinadən xəbər verir ki, futbolçular rəqiblərin adları açıqlandıqca coşqu dolu anlar yaşayıb.

Masazır təmsilçisi doğma meydanda İspaniyadan “Barselona”, Almaniyadan “Borussiya” (Dortmund), İtaliyadan “Napoli” və Çexiyadan “Slaviya Praqa”nı qəbul edəcək.

Təmsilçimizin səfərdəki rəqibləri isə İngiltərədən “Arsenal” və “Mançester Yunayted”, İspaniyadan “Vilyarreal” həmçinin Norveçdən “Vikinq” olacaq.

Komandamız avqustun 25-də Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsraildən “Hapoel”i (Beer-Şeva) 5:2 (ümumi hesab 6:4) hesabı ilə məğlub edərək, qitənin ən möhtəşəm turnirinin liqa mərhələsinə vəsiqə qazanıb.

özügedən anları təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM