“Sabah” möcüzə etdi: “Cəmi 9 il əvvəl bu adda klub mövcud deyildi"

10:40 Sabah 111
“Sabah” möcüzə etdi: “Cəmi 9 il əvvəl bu adda klub mövcud deyildi"

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması dünya futbol ictimaiyyətinin diqqətini çəkib.

Sportinfo.az xəbər verir ki, xarici media qurumları Azərbaycan çempionunun bu nailiyyətini möcüzə adlandırıblar.

Əksəriyyət “Sabah”ın cəmi 8 ilin klubu olmasını və qısa müddətdə tarixi uğura imza ataraq nadir hadisələrdən birini gerçəkləşdirdiyini yazıb:

“Cəmi 9 il əvvəl “Sabah” adlı klub mövcud deyildi. Lakin indi bu komanda Avropanın ən mötəbər yarışının Liqa mərhələsinə çox gənc yaşda qatılmaq hüququna yiyələndi.

İndi “Sabah” Çempionlar Liqasındakı debüt ilində “Real”, “Bayern” kimi nəhənglərlə bir sırada yer alacaq. Bu isə möcüzəyə bərabər uğurdur”.

Digər Xəbərlər
Xəbər Lenti