Prezident İlham Əliyevdən "Sabah"la bağlı 5 milyon manatlıq SƏRƏNCAM

16:00 Sabah 170
Prezident İlham Əliyevdən "Sabah"la bağlı 5 milyon manatlıq SƏRƏNCAM

Prezident İlham Əliyev “Sabah”a maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, Sərəncama əsasən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Sabah” futbol klubuna 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!