Azərbaycan komandasından yeddi... ÇL-də hamını əl-ayaq altına saldılar

27 Avqust 13:20 Sabah 721
Azərbaycan komandasından yeddi... ÇL-də hamını əl-ayaq altına saldılar

Çempionlar Liqasının 2026/27 mövsümünün təsnifat mərhələsində “Sabah”ın uğurlu çıxışı statistik göstəricilərdə də əksini tapıb.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi təsnifat mərhələsində vurulan qollar, qələbələrin, zərbələrin və qapıya dəqiq zərbələrin sayına görə bütün komandaları qabaqlayıb.

Beləliklə, Çempionlar Liqasının təsnifat mərhələsində “Sabah”ın bəzi uğurlu statistikası:

Ən çox qələbə qazanan komanda: “Sabah” (6 qələbə)

Ən çox qol vuran komanda: “Sabah” (18 qol)

Qapıya ən çox zərbə endirən komanda: “Sabah” (137 dəfə)

Ən çox künc zərbəsi vuran komanda: “Sabah” (48 dəfə)

Qapı çərçivəsinə ən çox dəqiq zərbə vuran komanda: “Sabah” (52 dəfə)

Bombardirlər: 1-ci yer, Velko Simiç (“Sabah”), 6 qol, 2-ci yer (şərikçi) Coy-Lens Mikels (“Sabah”), 4 qol

Ən çox qol ötürməsi edən oyunçu: Timoteuş Puxaç (“Sabah”), 5 assist

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM