Əlverişsizdir, amma heç də ümidsiz deyil - Bizimkilər üçün

18:20 Sabah 96
Əlverişsizdir, amma heç də ümidsiz deyil - Bizimkilər üçün

Fiziki baxımdan bugünkü qarşılaşma maraqlı olacaq.

“Sabah” artıq bu yay ardıcıl yüksək intensivlikli Avropa oyunları keçirib və komandanın fiziki hazırlığı barədə müəyyən təsəvvür formalaşıb.

Lakin belə matçlarda əsas məsələ yalnız ümumi qaçış məsafəsi və ya sprintlərin sayı deyil. Əsas məsələ yüksək intensivlikli hərəkətlərin hansı anda həyata keçirilməsidir.

Xüsusilə oyunun son 20-25 dəqiqəsində təkrar sürətlənmələr, yavaşlamalar, əks-pressinq, sürətli keçidlər və cərimə meydançasına gecikmiş qaçışlar həlledici ola bilər.

“Sabah”ın xeyrinə olan ən ciddi amillərdən biri ev meydanıdır. Bu dəfə qarşılaşma Masazırda deyil, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Stadionun miqyası, tribunaların tutumu və yaradılacaq atmosfer komanda üçün əlavə motivasiya mənbəyinə çevrilə bilər. Artıq oyuna böyük marağın olduğu, minlərlə biletin satıldığı bildirilir.

Lakin böyük stadion və azarkeş dəstəyi həm də psixoloji sınaqdır. Komanda tribunaların emosiyasından enerji götürməli, amma həmin emosiyanın taktiki intizamı pozmasına imkan verməməlidir.

“Sabah”ın digər üstünlüyü isə bu mövsüm artıq bir neçə dəfə çətin vəziyyətdən çıxmasıdır. Komanda “Aarhus”a qarşı ilk oyundakı məğlubiyyətdən sonra Bakıda 4:0 hesablı qələbə qazanıb.

Bu, futbolçulara bir şeyi göstərib: ilk matçın nəticəsi heç vaxt cütün taleyini tam həll etmir. İndi də vəziyyət eynidir. 2:1 hesabı “Sabah” üçün əlverişsizdir, amma heç də ümidsiz deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti