Azərbaycandakı həlledici oyundan öncə hamının gözlədiyi çox VACİB XƏBƏR gəldi

17:40 Sabah 105
Azərbaycandakı həlledici oyundan öncə hamının gözlədiyi çox VACİB XƏBƏR gəldi

"Sabah" Çempionlar Liqasının pley-off mərhələsinin "Hapoel"lə (Beer-Şeva) cavab görüşü öncəsi məşqçilər korpusu müdafiənin dirəyi hesab olunan Stiv Solvetlə bağlı şad xəbərə sevinib.

Stoper ilk qarşılaşmanın son dəqiqələrində zədə alaraq oyunu tərk etmişdi.

Arxada qalan bir həftədə klub 30 yaşlı futbolçu ilə bağlı rəsmi məlumat yaymayıb.

Bu da azarkeşlərdə ciddi narahatlıq yaradırdı.

Buna əsas yoxdur.

Klubdan əldə etdiyimiz məlumata görə, Solvet özünü yaxşı hiss edir.

Düzdü, arxa xətt oyunçusu bir həftəlik oyun proqramının bəzi məşqlərini buraxıb.

Amma həkimlərin son rəyi müsbət olub.

Bildirilib ki, məşqçilər korpusu şans verəcəyi halda Solvet meydana çıxmağa hazırdır.

Futbolçu özü də şəxsən Valdas Dambrauskasa yaxınlaşıb müəyyən ağrıları olsa da həlledici matçda yoldaşlarının yanında olmaq istəyini bildirib.

"Sabah" - "Hapoel" (Beer-Şeva) görüşü bu gün 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti