Hər futbolçuya 100 min dollar - Azərbaycan klubundan bir gecəlik FANTASTİK VƏD!

25 Avqust 16:00 Sabah 1 900
Hər futbolçuya 100 min dollar - Azərbaycan klubundan bir gecəlik FANTASTİK VƏD!

Bu gün Çempionlar Liqasında təsnifat mərhələsinin pley-offunda cavab görüşləri keçiriləcək.

“Sabah” Bakıda “Hapoel”i (Beer-Şeva) qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça 20:45-də start veriləcək.

Buxarestdə keçirilmiş ilk görüşdə "Hapoel" 2:1 qalib gəlib. Azərbaycan çempionu həm revanş alıb, həm də liqa mərhələsinə vəsiqə qazanarsa, fantastik məbləğə yiyələnəcək.

"Bayquşlar"ı baxın belə bir gecə gözləyir. Klubun üst qatında əyləşənlər komanda üzvlərinə gözlənilədən daha artıq miqdarda mükafat ödəməyə hazırdır.

İndi adambaşına düşən rəqəm 100 min dollardan başlayır! Maraq üçün deyək ki, "Orhus"u üçüncü təsnifat mərhələsindən uzaqlaşdıran kollektiv üzvlərinin hər birinə 60 min manat civarında ödəmə edilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM