“Sabah”ın vingeri Velko Simiç Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raundunda İsrailin “Hapoel” (Beer-Şeva” klubuna qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, serbiyalı futbolçu sabahkı qarşılaşmanı səbirsizliklə gözlədiklərini bildirib:
"Sabahkı oyunu həyəcanla gözləyirik. Biz böyük komandayıq.
Sabah qalib gəlməyə çalışacağıq. Bu matça motivasiya olunmuşam.
Vurduğum qollar isə mənə əlavə motivasiya verir. Mənim vəzifəm daha çox qol vurmaq deyil, komandaya maksimum fayda vermək, yaxşı oynamağımıza və qalib gəlməyimizə kömək etməkdir.
Tofiq Bəhramov stadionunda oynamağı sevirik. İnanıram ki, sabah burada əla atmosfer olacaq. Azarkeşlərimizi çoxlu qollarla sevindirəcəyik".
