Tofiq Bəhramov adına Respublika stadionu 3 günə iki nəfəskəsici qarşılşamaya meydan olacaq.
“Qarabağ”dan əvvəl - avqustun 25-də “Sabah” Çempionlar Liqasında nəhənglərin “oturduğu” liqa mərhələsinin qapısını döyəcək.
“Sabah” üçün bu oyunda güclü azarkeş dəstəyi çox vacibdir. İsrail klublarının asan rəqib olmadığını bilirdik..
“Hapoel Ber Şeva” bunu Rumıniyadakı ilk matçda göstərdi. Onlar neytral meydanda, cüzi azarkeş dəstəyi qarşısında oynayırdı.
“Sabah” erkən qol vursa da, davamını gətirə biımədi. Təkcə Mbinanın qaçırdığı qol şansları qələbə üçün kifayət edərdi.
“Sabah”ın müdafiə xətti ilə bağlı udduğu oyunlarda belə, narahatlığımızı bildirmişdik, “Hapoel” ilə görüşdə də bu, aydınlığı ilə ortaya çıxdı.
Birinci qolda müdafiədəki xaos rəqibin topa bəxtəbəxt toxunuşuyla hesab bərabərləşir. İkinci qolda da hava mübarizəsində rəqib rahatlıqla qapıya yol tapır.
Baş məşqçi Valdas Dambrauskas dediyi kimi, cavab oyununa qədər səhvləri düzəltməlidir Sabah.
Bakıdakı dueldə “Sabah”a qollar lazımdır.
Coy-Lens Mikels Rumıniyada ən zəiflərdən olsa da, ümid edirəm ki, Dambrauskas onu cavab matçına hazırlaya biləcək.
Mbina bir az çəki atıb, sürəti artırsa, daha müdafiəçilərlə yarışmaqdan ehtiyat edib, 30 metrdən topu qapıya göndərməz.
Veliko Simiç isə tam ayrı səviyyədir. Hazırda 6 qolla Çempionlar Liqasının bombardiridir.
Həm də Azərbaycan klublarının formasını geyinənlər arasında Çempionlar Liqasnda ardıcıl 5 matçda qol vuran ilk oyunçudur.
Simiçdən avqusutn 25-də ardıcıl altıncı qarşılaşmada da qol və ya qollar gözləyirik - onu və komandası “Sabah”ı “Barselona”, “Real Madrid”, PSJ, “Bavariya” kimi nəhənglərlə bir kompaniyaya aparacaq qollar.
Böyük arzudur, amma əlçatmaz deyil, “Sabah” bu tarixi yaza bilər.
İlkin Fikrətoğlu
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
