Üç aydır maaş üzünə həsrət qalan “Sabah”dan SON XƏBƏR

14:00 Sabah 385
Üç aydır maaş üzünə həsrət qalan “Sabah”dan SON XƏBƏR

«Sabah» sabah tarixinin ən vacib oyununa çıxacaq.

Çempionlar Liqasında mübarizə aparan «bayquşlar» pley-off mərhələsinin cavab görüşündə «Hapoel»i qəbul edəcək.

Rumıniyada keçirlən ilk matçda İsrail klubuna 1:2 hesabıyla uduzan Azərbaycan çempionu hazırda hərəkətli günlər yaşayır.

Masazır təmsilçisi rəqibinə 2-3 topluq fərqlə qalib gələrsə, tarixində ilk dəfə iştirak etdiyi mötəbər yarışın liqa mərhələsinə vəsiqə qazanacaq. Belə bir vaxtda «Sabah»ın başblilənləri komandanı sevindirməyə hazırlaşır. Necə?

Deməli, 3 aya yaxındır ki, burada heç kimə maaş ödənilmir. Məşqçilər və futbolçular başda olmaqla, kollektivə aid şəxslər sonuncu dəfə may ayının əməkhaqqısını alıb.

Onların intizarı ya bu gün, ya da sabah başa çatacaq. Hər halda rəhbərlik belə vəd verib.

Deyilib ki, oyun saatına qədər amının məvacibi bank hesabına köçürüləcək.

«Sabah» Çempionlar Liqasında bu yerə gəlib çıxmaq üçün 3 mərhələ adlayıb. Yarışın başında Uelsdən TNS-ə 2:0 və 2:1 hesabıyla qalib gəliblər.

Ardınca Finlandiyadan «KuPS»u mübarizədən kənarlaşdırıblar - 1:0 və 2:0.

Üçüncü raundda isə «Orhus»dan üstün olublar. Danimarkadan 1:2 hesablı məğlubiyyətlə dönmüş «bayquşlar» evdə onları darmadağına məruz qoyub - 4:0.

Qeydə alınan nəticələr futbolçuların hər birini 60 min manat irəli salıb. Maaşlar gecikdirilsə də, mükafatlar ödənilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti