“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas qayğılıdır.
Litvalı mütəxəssisi narahat edən məqam “Hapoel Beer-Şüva” ilə cavab görüşü öncəsi opyimal heyəti qıra bilməməsidir.
Buna səbəb həkimlərin Stiv Solvetin sağlıq durumu barədə yekun qərar verməkdə çətinlik çəkməsidir.
İsrail çempionu ilə Rumıniyadakı dueldə zədələnərək yerini Eyden Makkartiyə verən 30 yaşlı mərkəz müdafiəçisi həftəiçi məşqlərdə tam gücü ilə iştirak edə bilməyib.
Stivin qarşıdakı oyunda meydana çıxıb-çıxmayacağı matç günü məlum olacaq. Baş məşqçi əsas mərhələ oyunları öncəsi Solveti təhlükəyə atmaq istəmir.
Ayağında ağırlar hiss etsə, qarşılaşmanı kənardan izləyəcək. Belədə start “11-liy”ində müdafiənin mərkəzində Rəhman Daşdəmirovla yanaşı Eyden Makkarti şans qazanacaq.
Avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü saat 20:45-də start götürəcək.
İlk oyunda israillilər 2:1 hesabı ilə qələbə qazanmışdı.
HƏBİB / SPOTİNFO.AZ
