"Sabah" satdı - 15000

22 Avqust 01:00 Sabah 501
"Sabah" satdı - 15000

Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" - "Hapoel" (Beer-Şeva) cavab oyununa maraq böyükdür.

Sportinfo.az "Sabah"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq matç üçün 15 min bilet satılıb.

Oyun avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlanacaq.

Tərəflər arasında Buxarestdə keçirilən ilk oyun İsrail klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM