"Sabah" ilk oyundan yaxşı qurtardı, bəs cavab oyununda nə gözləyək?

21:15 Sabah 129
"Sabah" ilk oyundan yaxşı qurtardı, bəs cavab oyununda nə gözləyək?

Yaxşı qurtardıq...

"Sabah" ÇL-də hələ belə əziyyət çəkməmişdi.

Hapoel" əməlli-başlı komandamızı yordu.

Əslində yaxşı başlamışdıq. Erkən qola sevindik. Amma ardını gətirmək mümkün olmadı. Rəqib buna imkan vermədi.

"Hapoel" nə TNS, nə "KuPS", nə də "Orhus" deyildi.

Həm psixoloji, həm də fiziki cəhətdən daha hazırlıqlı rəqib idi.

"Sabah"da isə ən zəif bənd birmənalı Coy-Lens Mikels oldu. Heç nə ilə yadda qalmadı. Tam bağlamışdılar. Severina, Aleksey İsayev də axsayan bəndlər arasımdaydı.

Simiç, Puxaç yenə öz ağırlığını qoya bildi.

Rəqib fiziki cəhətdən o qədər yordu ki, Lepiniça kimi top ayağına yapışan oyunçu 75-ci dəqiqədən sonra çox sayda texniki səhvlərə yol verdi.

Niyəsə Valdas Dambrauskas bunu görmədi, gördüsə də bir addım atmadı.

Cavab görüşünə bir həftə var. Bu rəqib keçilməz deyil. Düzdü, Bakıda da asan olmayacaq. Amma mümkünsüz deyil. Çempionlar Liqası istəyirsənsə, bu rəqibi udmağa borclusan.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti