Velko Simiç Çempionlar Liqasında ardıcıl 6 oyunda 6 qol vurub. Serbiyalı hücumçu təsnifat mərhələsinin bombardiridir.
Onun belə yüksək performans göstərməsi, əlbəttə, düşərgədə hamını sevindirir. Simiç hazırda “Sabah”ı, demək olar ki, çiyinlərində daşıyır. Avropanın ən böyük turnirində komandasının əsas silahına çevrilib.
Amma “Sabah” bu göstəricidən bir qədər də qorxmalıdır.
Çünki belə performans Avropa klublarının diqqətindən yayınmayacaq.
Simiç bu tempdə davam edərsə, onun üçün daha böyük klublardan, daha ciddi maliyyə şərtləri ilə təkliflərin gəlməsi qaçılmaz görünür.
Və həmin gün “Sabah” üçün əsas sual ortaya çıxacaq: Velko Simiçi necə saxlamaq olar?
"Qarabağ" təcrübəsi göstərir ki, asan məsələ deyil. Elə ən son klubu tərk edən Aron Maluda nümunəsi də var.
Bu gün komandanı çiyinlərində daşıyan futbolçu hər an Avropanın başqa bir klubunun formasını geyinə bilər.
“Sabah” indidən buna hazır olmalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
