“2:1 sürüşkən hesabdır, şansımız var” - “Sabah”ın çalışdırıcısı

21 Avqust 02:50 Sabah 453
“2:1 sürüşkən hesabdır, şansımız var” - “Sabah”ın çalışdırıcısı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının pley-off mərhələsində "Hapoel"ə 1:2 hesabı ilə uduzduqları ilk oyun haqda danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis görüşdən sonra açıqlamasında bunları deyib:

"Əvvəlcə "Hapoel"i qələbəsi münasibəti ilə təbrik etmək istəyirəm. Oyuna qolla başlasaq belə, rəqib önə keçməyi bacardı.

Həqiqətən də keyfiyyətli komandadır. Daha çox vertikal oynayırdılar.

Lakin çalışırdıq ki, ritmi qoruyaq. Oyuna maksimum hazırlaşmağa çalışmışdıq.

Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

Sürüşkən hesabdır. Yəni, şansımız var. Ötən mərhələdə "Orhus"a da bu hesabla uduzmuşduq.

Lakin Bakıda qələbə qazanmağı bacardıq. Fərqli bir oyun nümayiş etdirdik.

Biz cavab oyununda "Hapoel"i səhvə yol verməyə məcbur etməliyik. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik".

Bu komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM