“Neftçi”ni çalışdıran Yuri Vernidubun nəvəsi İvan Vernidub “Sabahın ulduzları” tunirində top qovur.
Qol ötürmələri verir, qolları sıralayır, bir sözlə, gələcəkdə bacarıqlı futbolçu olacağına dair mesaj verir.
Maraqlıdır ki, 13 yaşlı oğlan atasının və babasının çalışdığı “Neftçi”nin yox, “Sabah”ın şəfərini qoruyur.
İvanla bağlı bu fakt eşidənləri təəccübləndirir – kiçik Vernidubun “Sabah”a həvalə olunmasının səbəbi nədir?
Bu, birbaşa Yuri Vernidubun istəyi olub.
Baba nəvəsinin “Neftçi”də oynayacağı təqdirdə söz-söhbətlərin yaranacağından ehtiyat edib.
Düşünüb ki, akademiyanın məşqçiləri Yuri Nikolayeviçin nüfuzuna hörmət edərək İvanı süni şəkildə irəli çəkər, Ya da, digər uşaqların valideynləri niyə öz oğlanlarının yox, Ukraynadan gələn yeniyetmənin daim şans qazanmasından narazılır edər.
Bu kimi söz-söhbətlərdən uzaq durmaq üçün uşağı “Neftçi”dən uzaq tutub. Başqa alternativ axtarıb və hazırkı akademiyaların arasında ən uyğun variant kimi “Sabah”ı seçib.
Bu da “Yuri Vernidubun nəvəsi niyə “Sabah”da oynayır” sualının konkret cavabı.
Maraq üçün bildirək ki, 13 yaşlı futbolçunun atası da “Neftçi”də çalışır.
Söhbət vaxtilə “Qəbələ”nin şərəfini qorumuş, hazırda Yuri Vernidubun köməkçilərindən olan Vitali Vernidubdan gedir.
HƏBİB / SPORTİNFO.AZ
