“Sabah” niyə uduzdu və Bakıda nə dəyişə bilər?

14:00 Sabah 136
“Sabah” niyə uduzdu və Bakıda nə dəyişə bilər?

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa dünən Rumnıiyada çıxdı.

Paytaxt Buxarestdə “Hapoel Beer-Şeva”ya 1:2 hesabı ilə məğlub oldular.

Nəticə mənfi olsa da, iki komandanın oyununu və “Sabah”ın əvvəlki mərhələlərdəki çıxışını nəzərə aldıqda, Bakıdakı cavab qarşılaşması üçün kifayət qədər real imkanlar qalır.

“Sabah”ın əvvəlki rəqibləri ilə müqayisədə “Hapoel” daha intizamlı, taktiki baxımdan daha yetkin və oyunun ritmini idarə etməkdə daha güclü təsir bağışladı.

İsrail çempionu “Crvena Zvezda”nı iki oyunun nəticəsində 3:0 hesabı ilə keçərək pley-offa gəlmişdi və bu seriyada xüsusilə müdafiə təşkilatı və keçidlərdə effektivliyi ilə seçilmişdi.

Dünən “Sabah”ın əsas problemi rəqibin pressinqindən çox, oyunun müəyyən hissələrində topa nəzarəti itirməsi və hücum keçidlərini əvvəlki matçlardakı qədər effektiv həyata keçirə bilməməsi oldu.

“Hapoel” hesabda geri düşdükdən sonra panikaya düşmədi, oyunun tempini tədricən öz nəzarətinə aldı və fərdi keyfiyyət hesabına üstünlük əldə etdi.

Xüsusilə Eliel Peretsin fəal oyunu diqqət çəkdi: o, 5 açar ötürmə ilə oyunun ən təsirli futbolçularından biri oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti