“Bizə çox yaxşı təzyiq etdilər, bir həftə ərzində səhvlərimizi düzəltməliyik”

20 Avqust 02:30 Sabah 687
“Bizə çox yaxşı təzyiq etdilər, bir həftə ərzində səhvlərimizi düzəltməliyik”

“Hapoel” (Beer-Şeva) yüksək səviyyəli komandadır".

Sportinfo.az xəbər verir ki, bu barədə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas açıqlama verib.

Litvalı mütəxəssis Rumıniyada İsrail təmsilçisinə 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

“Rəqib bizə çox yaxşı təzyiq edirdi. Əvvəl üz-üzə gəldiyimiz komandalardan fərqli olaraq bizim təzyiqlərimizdən asanlıqla çıxırdılar.

“Hapoel” yüksək səviyyəli komandadır. Bir həftə ərzində səhvlərimizi düzəltməliyik”.

Tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM