“Hazırda xoşbəxtəm, “Sabah”ın qoluna hazır idik” - “Hapoel”in baş məşqçisi

20 Avqust 01:50 Sabah 607
“Hazırda xoşbəxtəm, “Sabah”ın qoluna hazır idik” - “Hapoel”in baş məşqçisi

“Hapoel” (Beer-Şeva)Çempionlar Liqasının pley-off mərhələsinin Bakıda keçiriləcək cavab matçında yaxşı oyun göstərmək istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Beer-Şeva təmsilçisinin baş məşqçisi Ran Kozux açıqlama verib.

Mütəxəssis “Sabah”a Rumıniyada 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb:

“Hazırda xoşbəxtəm. Amma bu, yalnız mübarizənin yarısıdır.

Futbolçuların oyunundan razıyam. Meydanda çox çalışdılar. “Sabah”ın qoluna hazır idik.

Rəqib topla yaxşı oynayan kollektivdir. Biz ötürmə vaxt səhv etmişdik. Onlar da bundan yararlandılar.

“Orhus” (Danimarka) evdə “Sabah”a 2:1 hesabı ilə qalib gəlmişdi. Səfərdə dörd cavabsız topla uduzdu.

Rəqibi qiymətləndiririk. Səfərdə də yaxşı oyun göstərmək istəyirik”.

Tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM