Çempionlar Liqasına vəsiqə qazansalar, pul sel kimi axacaq!

19 Avqust 21:00 Sabah 872
Çempionlar Liqasına vəsiqə qazansalar, pul sel kimi axacaq!

"Sabah" Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.

Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi "Hapoel"lə (Beer-Şeva) üz-üzə gələcək.

Rumıniyanın paytaxtı Buxarestdəki "Quleşti" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Çempionlar Liqasında debüt mövsümü keçirən «bayquşlar» liqa mərhələsinə vəsiqə qazanarsa, əməlli-başlı varlanacaqlar.

Onların hər birini nə az, nə çox, 120 min manat civarında mükafat gözləyir. Bura qədər isə 60 min manat «ənam» qazanıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM