“Bizim klub rəhbərlərini Azərbaycana dincəlməyə yox, öyrənməyə göndərmək lazımdır”

20:00 Sabah 155
“Bizim klub rəhbərlərini Azərbaycana dincəlməyə yox, öyrənməyə göndərmək lazımdır”

“Sabah”ın Çempionlar Liqasındakı inamlı çıxışı qonşu Gürcüstanda geniş rezonans doğurub.

Gürcü futbolsevərlər Azərbaycan klublarının avrokuboklardakı inamlı çıxışını xüsusi vurğulayır, inkişafı ön plana çəkir.

Ölkənin tanınmış futbol səhifələrindn olan “Sportmiambe”də (163 min izləyicisi var) “Sabah”la bağlı paylaşım müzakirələrə səbəb olub.

Mətni olduğu kimi təqdim edirik:

“Azərbaycanın kənd klubu Çempionlar Liqasının əsas mərhələsinə yaxındır.

“Sabah” indiyə qədər Avropa Liqasında mübarizə aparıb. Lakin indi Çempionlar Liqasının pley-off mərhələsindədir. Buradakı rəqibi “Hapoel Beer Şeva”dır ki, “Sabah”ın mərhələni adlamaq şansları real görünür.

“Sabah” pley-offu küçsə, Azərbaycan futbol tarixində Çempionlar Liqasının əsas mərhələsinə yüksələn ikinci klub olacaq.

Bu komanda iniyə qədər avrokubokların əsas mərhələsində mübarizə aparmayıb. Klub 2017-ci ildə yaradılıb və Masazır kəndindəki 8900 yerlik stadionda oynayır”.

Təbii, məlum paylaşıma azərbaycanlı izləyicilərin reaksiyası özünü gücikdirməyib. Onlar Masazırın kənd yox, Bakıətrafı qəsəbi kimi təqdim olunmasının vacibliyini vurğulayıb.

Gürcü azarkeşlər isə “bayquşlar”ın şəninə tərif yağdırmaqla yanaşı, öz klublarını və rəhbərlərini aşağılayıblar:

“Həqiqətən çox yaxşı komandadır. Finlandiya və Danimarka çempionlarını mübarizədən kənarlaşdırdı. Sadəcə komanda yaxşı təşkilatlanıb, sürətli və dinamik futbol oynayır. Xüsusən evdəki matçlarda təhlükə yaradır. Arzu edirəm ki, əsas mərhələyə vəsiqə qazansın”.

“Sabah”a uğurlar. Oyun və nəticələrlə Gürcüstan klublarına və biznesmenlərə dərs keçsinlər”.

“Biz hələ də keçmişimizlə öyünürük, azərbaycanlılar isə inkişaf etməklə gələcək qururlar”.

“Bəli, bir klubun prezidenti klubun maraqları üçün çalışanda orada uğur olur. Yoxsa bizim Kerselidze kimi (Konfrans Liqasının 1-ci mərhələsində “Zirə”yə uduzan “Torpedo Kutaisi”nin prezidentini nəzərdə tutur – H.). Baxıb görsünlər ki, “Sabah” neçə milyon avro qazanıb”.

“Azərbaycan çempionatını yaxından izləmirəm. Ancaq “Sabah” “Qarabağ”ı qabaqlayıb çempion olubsa və pley-offa qədər irəliləyibsə, deməli, klubda ciddi işlər görülür. Bir də ki, kənd komandası “Zirə” idi, bizim “Torpedo”ya 6 top vurdu”.

“Yaxşı ki, “İberiya”, ya da “Dinamo” ilə qarşılaşmayıb. Yoxsa hər ikisini alçaldardı. Azərbaycan klubları avrokuboklarda olduqca inamlı görünür”.

“Sabah”ın son oyununda heyətdə cəmi bir azərbaycanlı var idi. Pulun hesabına bahalı və keyfiyyətli legionerlər gətirirlər. Bizdə onlardakı qədər pul yoxdur. Biz də klubları legionerlərlə doldursaq, öz uşaqlarımız kənarda qalacaq, milli komanda məhv olacaq”.

“Çünki onlar əsl futbolçuları tapıb gətirirlər. Bizimkilər kimləri gətirir? Braziliyanın 3-cü liqasından balıqçını, ya da Paraqvayın 2-ci liqasından ovçunu”.

“Əl-Şaaravi ilə maraqlanan klubun yeri Çempionlar Liqası olmalıdır da. “Sabah” yaxşı imkana sahibdir, baş məşqçi, futbolçular – hamısı legionerdir”.

“Torpedo Kutaisi”nin baş məşqçisi də əcnəbidir, üstəlik, heyətdə azı 10 əcnəbi var. Nə olsun?”

“Kənd komandasının 9 minlik stadionu var? Əl-Şaaravini gətirir, hə? Ağzınıza gələni yazmayın”.

“Azərbaycan klubları Avropa bazarına daxil olub. Klubları avrokuboklardan yaxşı pullar qazanmaqla yanaşı, ucuz qiymətə gətirdikləri legionerləri Avropaya satırlar.

Bu yaxınlarda birini “Seltik”ə göndərdilər. Bizim klub rəhbərlərini Azərbaycana dincəlməyə yox, öyrənməyə göndərmək lazımdır”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti