Azərbaycan çempionu oyunçularına o qədər böyük  PUL JESTİ etdi ki…

13:00 Sabah 318
Azərbaycan çempionu oyunçularına o qədər böyük  PUL JESTİ etdi ki…

\«Sabah» tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasında tarix yazır.

«Bayquşlar» artıq «pley-off»dadır.

Valdas Dambrauskasın çalışdırdığı komanda liqa mərhələsinin biraddımlığına yetişməkdən ötrü üç səd adlayıb.

Yoluda başında TNS-i (Uels) mübarizədən kənarlaşdıran Azərbaycan çempionu ardınca Finlandiyadan KuPS-u üstələyib - 1:0, 2:0.

Masazır təmsilçisi təsnifat mərhələsinin üçüncü raundunda «Orhus»u yarışdan uzaqlaşdırıb. Danimarkadan 1:2 hesablı məğlubiyyətlə dönən Premyer Liqanın son qalibi doğma publika önündə revanş alıb.

Özü də kifayət qədər acımasız və böyük hesabla - 4:0.

Bu nəticə «Sabah»ı pley-off mərhələsində «Hapoel»ə rəqib edib. İsrail klubu ilə ilk qarşılaşma bu gün Buxarestdə keçiriləcək.

Komanda Rumıniya səfərindən öncə rəhbərlik tərəfindən sevindirilib. Uğurlu çıxış səbəbindən əsas heyət üzvlərinin hər birinə 60 min manat mükafat ayrılıb.

SPORTNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti