Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
"Sabah" Buxarestdə "Hapoel" (Beer-Şeva) ilə qarşılaşacaq.
Cütün qalib tərəfi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.
Pley-offda “Sabah”ı daha bir ciddi sınaq gözləyir. İsrail çempionu “Srvena Zvezda” kimi Avropa təcrübəsi böyük olan rəqibi hər iki oyunda məğlub etdi: əvvəl 1:0, Belqradda 40 mindən çox azarkeşin qarşısında 2:0. Ümumi hesab 3:0 oldu.
Bu nəticə “Sabah” üçün çox ciddi xəbərdarlıqdır. “Hapoel” hesab və oyun vəziyyətinə uyğunlaşmağı bacaran, rəqibin səhvini gözləyən və keçidlərdə təhlükəli ola bilən komandadır.
Onlara qarşı ən vacib məsələlərdən biri top itkisindən sonrakı müdafiyəyə keçidlər, mərkəzdə balansın qorunması və rəqibə açıq sahədə sürət yığmağa imkan verməmək olacaq.
Eyni zamanda “Sabah” AGF ilə cavab görüşündə göstərdiyi səbrdən əl çəkməməlidir-pley-off artıq bir epizodun bütün 180 dəqiqənin taleyini dəyişə biləcəyi səviyyədir.
Amma bir şey artıq dəyişib: “Sabah” bu mərhələyə autsayder psixologiyası ilə gəlmir.
TNS, KuPS və AGF-dən sonra komanda Avropada ardıcıl üç maneəni keçib və altı oyunun beşində qalib gəlib.
İlk görüş avqustun 19-da “Hapoel Beer-Şeva”nın meydanında keçiriləcək.
Çempionlar Liqasının əsas mərhələsinə cəmi 180 dəqiqə qalıb.
SPORTİNFO.AZ
