“Hapoel” (Beer-Şeva) klubunun kapitanı Migel Vitor Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la keçiriləcək ilk oyun barədə danışıb.
Sportinfo.az İsrail mediasına istinadən xəbər verir ki, futbolçu qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib:
“Yenidən pley-offda oynamaq çox həyəcanvericidir. Bu mərhələdə iki dəfə oynamışam və heç birində keçə bilməmişik.
Ümid edirəm ki, bu dəfə həlledici addımı atacağıq, qol imkanlarımızdan istifadə edəcəyik və rəqibə çox şans verməyəcəyik.
Biz xırda detallara diqqət yetirən komandayıq və məhz onların sayəsində uğur qazana bilərik. Belə oyunlar üçün futbol oynayırıq. “Sabah”la matçları səbirsizliklə gözləyirəm”.
Migel Vitor “Sabah”la qarşılaşmaların əvvəlki mərhələdəki “Srvena Zvezda” oyunlarından fərqli olacağını vurğulayıb:
“Sabah”la oyunlar “Srvena Zvezda” ilə matçlardan tamamilə fərqli olacaq. “Srvena Zvezda” bizə qarşı favorit sayılırdı və təzyiq onların üzərində idi.
Bilirsiniz, təzyiq altında olan komanda üçün oynamaq rahat deyil. Bu dəfə isə komandaların şansları 50-nin 50-yədir”.
