Çempionun baş məşqçisi legioneri əsas komandadan kənarlaşdırdı

18 Avqust 19:40 Sabah 2 507
Çempionun baş məşqçisi legioneri əsas komandadan kənarlaşdırdı

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas legionerlərdən birinə sərt üzünü göstərib.

Litvalı mütəxəssis Zinedin Uld Xaledin “qələmini qırıb”.

26 yaşlı fransız yarımmüdafiəçinin işə yanaşması və hazırlıq durumu baş məşqçini qanr etmir, öz ampluasında oynayan komanda yoldaşlarına rəqaətdə uduzur.

Məhz bu səbəbdən cari mövsümdə baş tutan 6 oyunun heç birində, o cümlədən “Kəpəz”lə Premyer Liqa qarşılaşmasında adı iştirak ərizəsində yer almayıb.

Dambrauskas dayaq yarımmüdafiəçisini əsas komandadan uzaqlaşdırıb. Sərt qərarın hansı müddəti əhatə edəcəyi barədə dəqiq məlumat yoxdur.

Bu gedişlə “Sabah”ı tərk edəcək. Təbii ki, mütəmadi oynamaq həvəsi varsa.

Yox, yalnız pul qazanmağı düşünəcəksə, burada qalacaq.

Fransanın U-19 millisinin sabiq üzvü ötən mövsüm “Sabah”ın heyətində 18 oyunda meydana çıxıb.

Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM