“Sabah” üçün Buxarestdə Masazır havası

18 Avqust 23:40 Sabah 266
“Sabah” üçün Buxarestdə Masazır havası

Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” pley0off mərhələsində ilk oyuna çıxacaq.

Azərbaycan çempionu bu dəfə də səfərdə oynayacaq.

İsraildəki hərbi vəziyyət səbəbindən “Hapoel Beer Şeva” rəqiblərini vətəndə yox, Avropada qəbul etmək məcburiyyətindədir. Odur ki, qarşılaşma Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.

“Sabah” “Rapid Giuleşti” stadionunda özünü “Bank Respublika Arena”dakı kimi hiss edəcək.

Bunun başlıca səbəbi israilli azarkeşlərin Avropadakı görüşlərdə çoxluq təşkil etməməsidirsə, digər səbəb azərbaycanlı futbolsevərlərin bu oyuna hədsiz maraq göstərməsidir.

Əldə etdiyimiz məlumata görə, oyuna bir neçə gün qalmasına baxmayaraq, 100-ə qədər soydaşımız görüşü canlı izləmək istəyi ilə bağlı “Sabah”a müraciət ünvanlayıb.

Matç gününə qədər sayın artaraq 200-ə qədər çatacağı ehtimal olunur. Belə olacağı halda, “bayquşlar” üçün Masazır ab-havası yaşanacaq.

Avqustun 29-da “Rapid Giuleşti” stadionunda keçiriləcək “Hapoel Beer Şeva” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Avqust 18:10 Çək və bizə göndər!
18 Avqust 00:40 O da sponsor arzulayır