“Belə olsa, “Sabah“ımız Çempionlar Liqasının liqa mərhələsində açılacaq“

17:40 Sabah 222
“Belə olsa, “Sabah“ımız Çempionlar Liqasının liqa mərhələsində açılacaq“

“Bu, səfər oyununda “Sabah” ücün psixoloji üstünlükdür”.

Sportinfo.az saytının və “Sportinfo TV“nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış jurnalist Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “bayquşlar“dan gözləntilərini dilə gətirib.

Bildirib ki, Azərbaycan çempionu İsraildən olan rəqibini mübarizədən kənarlaşdırıb, tarixində ilk dəfə qatıldığı yarışın liqa mərhələsinə vəsiqə qazanmaq gücündədir:

“Sabah” “Orhus” səddini keçməklə, Çempionlar Liqasında özünəxas olan rekordu yenilədi. Söhbət Çempionlar Liqasında debüt mövsümündə pley-offa qədər irəliləməkdən gedir.

Artıq minimum Avropa Liqasının əsas mərhələsinə vəsiqə təmin edilib. Amma Çempionlar Liqasının liqa mərhələsi də əlcatmaz xəyal deyil.

İsrail çempionu “Hapoel Beer Şeva“ münasib rəqib deyil. Amma illərdir Çempionlar Liqasında oynayıb, Avropada ad çıxaran komanda da deyil.

“Sabah“dan avrokubok təcrübəsi xeyli cox olsa da, Valdas Dambrauskasın “ordu“su İsrail övladlarını məğlub edə bilər.

Avqustun 19-da “Sabah“ı neytral meydanda - Rumıniya paytaxtında qəbul edəcək “Hapoel Beer Şeva“ azarkeş dəstəyindən məhrumdur.

Hər şey Dambrauskasın “Orhus“a qarşı düşündüyü kimi mükəmsəl icra olunsa, “Sabah“ımız Çempionlar Liqasının liqa mərhələsində açılacaq“.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!