Məşhur italyan “Sabah” yolunda - Çempionlar Liqası üçün

09:00 Sabah 164
Məşhur italyan “Sabah” yolunda - Çempionlar Liqası üçün

“Sabah”ın Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva” (İsrail) ilə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək.

Ona həmyerliləri Filippo Meli və Alessio Berti kömək edəcəklər.

Matçın dördüncü hakimi Matteo Marcenaro olacaq. VAR hakimi funksiyasını Marco Di Bello, AVAR-ı isə Valerio Marini yerinə yetirəcək.

Görüş Buxarestdəki “Stadionul Giulești”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!