"Sabah" Buxarestdə "Hapoel"ə qarşı matçda dəstəksiz qalmayacaq

03:50 Sabah 78
"Sabah" Buxarestdə "Hapoel"ə qarşı matçda dəstəksiz qalmayacaq

"Sabah" Çempionlar Liqasının pley-off mərhələsində Rumıniyanın paytaxtı Buxarestdə "Hapoel"ə (Beer-Şeva) qarşı keçirəcəyi səfər matçında dəstəksiz qalmayacaq.

Sportinfo.az xəbər verir ki, Rumıniyada yaşayan azərbaycanlıların komandaya stadiodan dəstək verməsi gözlənilir.

Bu barədə kluba artıq müraciətlər də daxil olub. Lakin konkret say oyun günündə bəlli olacaq.

"Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda start götürəcək.

Komandalar arasında cavab matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu qarşılaşmaya saat 20:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 18:10 Çək və bizə göndər!
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!