Həyəcan və səbrsizliklə gözlədiyimiz növbəti avrokubok həftəsi arxada qaldı.
Son həftələrdə uğursuzluqlar ard-arda gəlirdi: “Neftçi” və “Zirə” özləridən heç də güclü olmayan rəqiblər qarşısında aciz qalaraq, Avropa səhnəsini tərk etmiş, “Qarabağ”la “Sabah” isə üçüncü təsnifat mərhələsinin ilk oyunlarında uduzmuşdu.
Həyacan üçün yetərincə əsas vardı. Amma bu dəfə bizim həftəmiz oldu. Həm “Sabah”, həm də “Qarabağ” məğlubiyyətin revanşını alaraq, adlarını pley-off mərhələsinə yazdırdı.
Tarixində ilk dəfə Çempionlar Liqası həyəcanını yaşayan “Sabah” Danimarkadakı ilk oyunda uduzmamalıydı. “Orhus” ilk qarşılaşmanı 2:1 qazansa da, “Sabah” oyunu ilə ümid vermişdi.
Valdas Dambrauskas akademik məşqçi bacarağını bu oyunda da göstərdi. İlk görüşdəın sonra “Orhus”u bir qədər də tanıyan “Sabah”ın baş məşqçisi cavab matçı üçün rəqibi tam çözmüşdü.
Keçən süjetdə “danimarkalıları Masazırın duz gölünə qərq edəcək” dediyimiz “Sabah” bu işi sözün məcazi mənasında gördü: “Orhus”u duzlayıb, sonra da sərib qurutdular.
“Sabah” “Orhus”u keçə bilməsəydi, Avroliqanın “pley-off”una yuvarlanıb, orada “Benfika” kimi amansız rəqiblə qarşılşacaqdı. Eramızdan əvvəl Spartakın dediyi kimi, acından ölməkdənsə, qılıncdan ölmək daha yaxşıdır misalı.
“Sabah” “Orhus”la qorxaq futbol oynayıb, şansını gözləməkdən, sonra da “Benfika”nın timslaında olduqca təhlükəli rəqiblə qarşılaşmaqdansa, oyun başlayan kimi cəsarətlə danimarkalıların üzəıinə yeridi.
İlk hissədə şimaldan gəlmiş qonaqlar birtəhər “Sabah”ın hücumları qarşısında duruş gıtirdi. Çox da bel bağlamadığımız qapıçı Stas Pokatilov da bu oyunu yüksək səviyyədə keçirdi.
Onun birinci hissənin sonlarında “Sabah”ı real qoldan xilas etməsi matçın gedişatına da, nəticəyə də böyük təsir göstərdi.
“Sabah”ın rəqibin cərimə meydançası ilıə mərkəz dairəsi arasında davamlı pressinqi nəhayət, 59-cu dəqiqədə nəticəsini verdi.
Veliko Simiç Çempionlar Liqasındakı altıncı oyununda 5-ci qolunu vurdu. Bununla da şimallıların müdafiə sistemi çökdü.
Stiv Solvet, Coy-Lens Mikels və yeni transfer Severina ardıcıllıqla qolları sıraladı.
Danimarka çempionu “Kopenhagen”ə “Qarabağ” da 2 dəfə -2017 və 2025-cu ildə “dərs” vermişdi. Amma beləsi olmamışdı - rəsmən darmadağın!
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
