Azərbaycan çempionu pley-off matçının biletlərini satışa çıxardı

17 Avqust 03:00 Sabah 494
Azərbaycan çempionu pley-off matçının biletlərini satışa çıxardı

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Sabah" (Azərbaycan) - "Hapoel" (Beer-Şeva, İsrail) matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Biletləri onlayn şəkildə "iticket.az" saytından, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

“Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM