"Sabah" yerli futbolçusu ilə müqaviləni yeniləyib.
Premyer Liqanın son çempionu Abdulla Rzayevlə kontraktı uzadıb.
"Bayquşlar"ın 24 yaşlı müdafiəçi ilə növbəti sövdələşməsi 1+1 illikdir.
Ayxan Abbasovun ilk dəfə milliyə cəlb etdiyi arxa xətt oyunçusu yalnız bu kontrakta qol çəkəndən sonra "Araz-Naxçıvan"a icarəyə verilib.
Keçidin gerçəkləşməsi üçün yeganə şərt bundan ibarət olub.
Muxtar Respublika təmsilçisi ilə icarə müqaviləsi də 1 illikdir. O, 2023-2024-cü illər mövsümündə bu komandanın heyətində çıxış edib.
Ötən mövsümün ilk yarısını isə “Turan Tovuz“da, ikinci hissəsini “Şamaxı”da keçirib.
“Sabah“ Abdulla Rzayevdən öncə Velko Simiç, Coy-Lens Mikels, Stas Pokatilov, Tellur Mütəllimov və Patrik Orfe Mbina ilə anlaşmanı yeniləyib.
SPORTİNFO.AZ

