Görün, nə deyirlər! “Sabah” bu ölkənin minlərlə azarkeşini nə ilə sevindirdi?

20:40 Sabah 121
Görün, nə deyirlər! “Sabah” bu ölkənin minlərlə azarkeşini nə ilə sevindirdi?

“Sabah” Çempionlar Liqasında fırtına qoparır.

Ötən aydan bu yana 6 oyunda meydana çıxan Azərbaycan çempionu 5 oyunda qələbə qazanmaqla TNS, “KuPS” və “Orhus”u mübarizədən kənarlaşdıraraq Avropanın ali futbol turnirinin pley-off mərhələsinə vəsiqə qazandı.

Ötən həftə Danimarkada “Orhus”a 1:2 hesabı ilə uduzan “bayquşlar”ın Bakıdakı cavab qarşılaşmasında rəqibini meydana çıxmağa peşman etməsi 4 cavabsız qolla möhür oldu.

“Sabah”ın məlum zəfəri uzaq Polşada, xüsusən Poznan şəhərində geniş əks-səda doğurub, yerli futbolsevərlərin sevincinə səbəb olub.

“Orhus” 2-ci təsnifat mərhələsində öz meydanında “Lex”ə 1:4 hesabı ilə uduzmasına baxmayaraq, Poznanda eyni hesabla qələbə qazanmış, penalti seriyasında polşalıları məğlub edib “Sabah”a rəqib olmuşdu.

Danimarka çempionunun “Lex”i mübarizədən kənarlaşdırıb, ardınca Bakıda darmadağın olması poznanlı azarkeşlərin üzünü güldürüb.

“Sabah”ın sosial media səhifələrində edilən paylaşımların rəy bölməsinə baxanda, polşalıların kifayət qədər şərhini görmək mümkündür:

“”Bravo, “Sabah”! Sən güclüsən!”

“Sabah” sən bu yekəxana komandanı udmağa layiq idin”.

“Nə oldu, səsiniz kəsildi? 4 topu götürüb qayıdın Danimarkaya. Ha ha ha”.

“Sabah” layiqli qələbə ilə pley-offa yüksəldi. Ağlama, “Orhus”, bu da keçər”.

“Sabah”dan 4 top buraxan “balaca”, “Benfika” sizi gözləyir”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti