"Sabah"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqib müəyyənləşib.
Bu, "Hapoel"dir (Ber-Şeva).
İsrail təmsilçisi 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Srvena Zvezda"ya (Serbiya) 2:0 hesabı ilə qalib gəlib.
Bu komandalar arasında ilk görüşdə də "Hapoel" qələbə qazanmışdı - 1:0. Beləliklə, sözügedən kollektiv pley-offda "Sabah"la qarşılaşacaq.
UEFA-nın təqviminə əsasən ilk qarşılaşma 19 avqustda keçiriləcək. Artıq sual “Sabah” burada nə qədər davam gətirə bilər?” deyil.
Masazırdakı 4:0-dan sonra sual dəyişib:
Bu “Sabah” daha nə qədər irəli gedə bilər?
Çünki bu artıq sensasiya deyil. Bu, səviyyədir.
Taktiki baxış: Valdas Dambaruskasın “bayquşlar”ı “Orhus”u necə sındırdı?
4:0 hesabı böyük görünür, amma qələbənin əsas məqamı təkcə vurulan qollar deyildi. “Sabah” oyunu mərhələli şəkildə öz xeyrinə dəyişməyi bacardı.
İlk hissədə komanda balansı itirmədi, müdafiə ilə hücum arasındakı məsafələri qorudu və “Orhus”un fiziki üstünlük yaratmasına imkan vermədi.
Əsas dönüş isə fasilədən sonra baş verdi: “Sabah” topu qazandıqdan sonra daha sürətli irəli çıxmağa, cinahlardakı və xətlər arasındakı boşluqlardan daha aqressiv istifadə etməyə başladı.
Nəticədə bütün dörd qolun ikinci hissədə gəlməsi komandanın oyunun tempini və intensivliyini sona qədər saxlaya bildiyini göstərdi.
Xüsusilə diqqət çəkən məqam keçid fazaları idi. “Orhus” irəli çıxdıqca arxada boşluqlar buraxırdı və “Sabah” həmin zonalara sürətli ötürmələr və vertikal qaçışlarla daxil olurdu.
Hesab 1:0 olduqdan sonra isə danimarkalılar daha çox risk etməyə məcbur oldular və bu, Dambrauskasın komandasının istədiyi ssenarini yaratdı.
“Sabah” rəqibin strukturunu tədricən dağıtdı və matçın son hissəsində artıq həm taktiki, həm fiziki, həm də psixoloji üstünlük tam şəkildə meydan sahiblərinin tərəfində idi.
SPORTİNFO.AZ
