“Sabah”ın 36 gün ərzində qazandığı pulu biləndə ŞOKa düşəcəksiz!

20:20 Sabah 292
“Sabah”ın 36 gün ərzində qazandığı pulu biləndə ŞOKa düşəcəksiz!

“Sabah” Çempionlar Liqasının əsas mərhələsinin bir addımlığındadır.

İlk 3 mərhələdə TNS (Uels), “KuPS” (Finalnadiya) və “Orhus”u (Danimarka) mübarizədən kənarlaşdıran “bayquşlar” həlledici mərhələdə “Hapoel Beer Şeva” ilə üz-üzə gələcək.

“Sabah”ın bura qədərki yolunu kifayət qədər uğurlu hesab edə bilərik. Hətta İsrail təmsilçisi keçilməsə belə, Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində mübarizə aparacaq.

Klub bura qədər qət etdiyi yolla təkcə alqış qazanmayıb. Həm də büdcəsini kifayət qədər zənginləşdirib.

UEFA-nın tətbiq etdiyi bonus mexanizminə əsasən, “Sabah” ÇL-in pley-offuna yüksəldiyinə görə 4,29 milyon avro qazanc əldə edib. Bu, həm də Avropa Liqasının əsas mərhələsinin təmin olunması deməkdir ki, əlavə olaraq 4,31 milyon avro gəlir deməkdir.

Klublara televiziya yayımı bazarına görə də əlavə ödənişlər də nəzərdə tutulub. Buna görə “Sabah” təxminən 320 min avro qazanc əldə edəcək.

“Sabah”ın ötən ay Aaron Maludanı İsveçrənin “Bazel” klubuna satdığını da unutmamalıyıq. Fransanın ünlü “Ekip” nəşrinin yaydığı məlumata görə, “bayquşlar” məlum transferdən 3 milyon avro qazanıb.

Beləliklə, iyulun 7-də yola çıxan “Sabah” avqustun 12-nə kimi keçirdiyi 6 oyunda, başqa cür desək, 36 gün ərzində ÇL-in pley-offuna yüksəldiyinə və Maludanın satışına görə büdcəsinə 11,9 milyon avro qazanv gətirib. Bu isə təxminən 23,3 milyon manat deməkdir.

“Sabah” “Hapoel”i də keçib ÇL-in əsas mərhələsinə düşsə, UEFA-dan əlavə olaraq 18,62 milyon avro (təxminən 36,5 milyon manat) köçürmə ediləcək.

Bu, ümumilikdə 60 milyon manat deməkdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı