"Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib.
Masazırdakı "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.
Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.
"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bununla da "Sabah" tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.
Ölkəmizin çempionu bu zəfəri iqtisadiyyat naziri Mikayıl Cabbarovun gözü qarşısında əldə edib. Yarandığı gündən "Sabah"ın azarkeşi olan dövlət rəsmisi 90 dəqiqə boyunca futbolçulara dəstək verib.
O, burada tək olmayıb. Gənclər və idman naziri Fərid Qayıbov da Mikayıl Cabbarovla yanaşı VİP-lojada əyləşib.
Həmçinin klubun prezidenti Maksud Adıgözəlov, idman direktoru Ramin Həsənov və İTV-nin sədri Balakişi Qasımov da onlarla bir sırada əyləşib.
SPORTİNFO.AZ

