“Sabah” ona “dağ çəkdi”: “Biz də bunu istəyirdik, amma bacarmadıq”

09:00 Sabah 140
“Sabah” ona “dağ çəkdi”: “Biz də bunu istəyirdik, amma bacarmadıq”

“Orhus”un futbolçusu Maqnus Knudsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah”a qarşı cavab görüşü haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Danimarka mətbuatına açıqlama verən Knudsen Bakıdakı 0:4 hesablı məğlubiyyət barədə bunları deyib:

"Əlbəttə ki, bu, ağır məğlubiyyət idi. Çünki biz Bakıya Çempionlar Liqasında oynamaq arzusunu davam etdirmək üçün yollanmışdıq.

Amma buna nail ola bilmədik. Arzumuz puç oldu. Hazırda ən vacib şey Çempionlar Liqasının gerçəkləşməmiş arzusudur

. Dünyanın istənilən yerindən olan uşaq bu turnirdə oynamaq arzusundadır və biz də bunu istəyirdik, amma bacarmadıq.

İndi Avropa Liqasında oynamaq şansımız var və bu məqsədə doğru çalışmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti
13 Avqust 19:10 Koxalski ehtiyatda qaldı
13 Avqust 17:10 Çək və bizə göndər!
13 Avqust 08:30 "Sabah"dan yeni TRANSFER