"Sabah" yay fasiləsində heyətini 6 yeni əcnəbi transferlə gücləndirib.
Onların arasında ən səs-küylüsü şübhəsiz, Aden Makarti oldu.
22 yaşlı stoperin elan olunmasından sonra Afrika qitəsindən klubun sosial şəbəkə hesablarına kütləvi hücum oldu.
İzləyici sayı nə az, nə çox 100 min nəfər artdı.
Gələn şərhlər isə gələcəyə böyük ümid verirdi.
Həmyerliləri bir ağızdan ölkəmizə ulduz yola saldığını bildirirdi.
Təəssüf ki, arxada qalan müddətdə biz bunun tam əksini görürük.
"Bayquşlar" Çempionlar Liqasında 6 oyun keçirib.
Aden bu matçlarda cəmi 1 dəqiqə meydan olub.
Bəzi məqamlarda mərkəz yarımmüdafiəçisinə ciddi ehtiyac olduğu halda belə Valdas Dambrauskas ona güvənməyib.
Məsələn, birinci təsnifat mərhələsinin TNS-lə matçda Stiv Solvet qırmızı vərəqə alaraq cəzalı duruma düşsə də cavab görüşündə Adeni meydanda görmədik.
"Orhus"la ilk matçda Solvet ciddi səhvlərlə yadda qaldı.
Gözləmək olardı ki, baş məşqçi cavab görüşündə dəyişikliklərə gedəcək.
Amma yenə Aden yox, Solvet üstün tutuldu.
Təbii ki, litvalı mütəxəssis özünə düşmən kəsilməyib.
Hətta Solvet qırmızı vərəqə alanda, zəif çıxış edəndə də Aden güvənmirsə, deməli, yazılanlar, deyilənlər qədər deyil.
Məşqlərdə lazım olan inamı vermir.
Ümidləri doğrultmur.
Təbii ki, arxada qalan 2 aylıq müşahidələrimiz bunu deyir.
Qarşıda isə hələ uzun zaman var.
100 min yeni izləyicinin yaratdığı böyük gözləntini meydanda doğrultmaq isə artıq onun öz işidir.
XANOĞLAN/ SPORTİNFO.AZ
