“Çalışqan futbolçular, uzaqgörən məşqçi” – “Sabah” onları heyran edib!

12 Avqust 23:00 Sabah 183
“Çalışqan futbolçular, uzaqgörən məşqçi” – “Sabah” onları heyran edib!

“Orhus”un azarkeşlərinin yuxusuna da girməzdi ki, sevimli komandaları uzaq Masazırda darmadağın olacaq.

Cəmi bir həftə əvvəl Danimarkada qeydə alınan 2:1 hesablı qələbə onları elə ümidləndirmişdi ki...

“Sabah” həmin matçdakı yenilginin təsadüfi olduğunu vurduğu 4 cavabsız qolla göstərərək Çempionlar Liqasının pley-off mərhələsinə yüksəldi.

Danimarka çempionunun “Bank Respublika Arena”da darmadağın olması yerli azarkeşlərin ciddi narazılığına səbəb olub. Klubun sosial şəbəkə hesablarına hücum edən izləyicilər baş məşqçi başda olmaqla komandanı “ağ yuyub, qara sərməklə” diqqət çəkməkdədir:

“1 qol üstünlüyü olduğu halda, 11 nəfərlə müdafiə olunan komandanın real halı”.

“90 dəqiqə başa çatmamış Çempionlar Liqası ilə vidalaşın”.

“Heyətində həvəskar səviyyədə bir yox, bir neçə futbolçu varsa, Çempionlar Liqası sənin yerin deyil”.

“Ağlınız Danimarka liqasına getməsin. Ora Çempionlar Liqasıdır, çempionlar kimi oynayırlar”.

“Polşa möcüzəsi bir dəfə olur, hər dəfə yox (“Orhus” öncəki mərhələdə “Lex”ə öz meydanında 1:4 uduzduğu halda, səfərdə eyni hesabla qalib gəlmişdi – H.)”.

“Bir komanda hücum etməyib nəticəyə oynayırsa, ən azından müdafiə olunmağı bacarmalıdır. Müdafiə oluna-oluna 4 top buraxan komandanın bir də hücum futbolu oynadığını təsəvvür edin. “Benfika” daha betərini edər, gedərsiniz əsl yeriniz olan Konfrans Liqasına”.

“Belə qorxaq və əlində B planı olmayan baş məşqçinin cəzası 4 top olmalıydı. Nə “11-lik” normal idi, nə də əvəzetmələri. Elə bilir Danimarka çempionatıdır”.

“Çempionlar Liqasını arzulayan komandanın heyəti rəqibdəki kimi olur. Usta və çalışqan futbolçular, uzaqgörən məşqçi. Bu da nəticəsi”.

“Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrail təmsilçisi “Hapoel Beer Şeva” ilə qarşılaşacaq.

İlk görüş avqustun 19-da səfərdə, cavab dueli avqustun 25-də Bakıda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 17:30 Çək və bizə göndər!
12 Avqust 08:50 Yeni hücumçuları var
12 Avqust 08:30 "Karvan"dan böyük hesab
12 Avqust 03:00 Ronaldo evləndi - FOTOLAR