“Sabah”ın BAZARI - Hamısı satılıb qurtardı, 1 dənə də qalmadı

11 Avqust 16:20 Sabah 583
“Sabah”ın BAZARI - Hamısı satılıb qurtardı, 1 dənə də qalmadı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçı çərçivəsində Bakıda keçiriləcək "Sabah" – "Orhus" (Danimarka) oyununun bütün biletlər satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında azarkeşlərin stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri xahiş olunub.

Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Komandaların Danimarkada keçirilən ilk matçı "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM