“Sabah” bu səhvləri etsə…

14:40 Sabah 109
“Sabah” bu səhvləri etsə…

“Sabah” Danimarkadakı ilk qarşılaşmada 1:2 hesabı ilə məğlub olsa da, cütün taleyi qətiyyən həll olunmayıb.

“Sabah” rəqib qapısında kifayət qədər təhlükə yaratdı, xüsusilə matçın son 20–25 dəqiqəsində “Orhus”u öz cərimə meydançasına sıxışdırmağı bacardı.

Cavab görüşündə 1 top fərqli qələbə oyunu əlavə vaxta aparacaq, iki top fərqli qələbə isə “Sabah”a növbəti mərhələnin qapısını açacaq.

Valdas Dambrauskas nə etməlidir?

Əsas məsələ ilk dəqiqələrdən emosional şəkildə bütün komanda ilə irəli atılmamaqdır. Controlled aggression - yəni nəzarətli aqressivlik daha doğru yanaşmadır.

“Sabah” topa və əraziyə nəzarət etməli, amma top itkisi zamanı “Orhus”a geniş meydan buraxmamalıdır.

İlk oyunda görünürdü ki, “Sabah” ilkin pressinq xəttini keçəndən sonra rəqibin müdafiə strukturunda boşluqlar yaranır.

Xüsusilə cinah müdafiəçisi ilə kənar mərkəz müdafiəçisi arasındakı zona istifadə edilməlidir.

Mikels, Simiç və Isayev kimi oyunçular məhz bu intervallara hərəkət etdikdə, “Orhus”un müdafiəsi geriyə qaçmağa məcbur olur.

“Sabah”ın səhvlərindən biri oyunu çox tez cinahlardan asmalara çevirmək ola bilər. “Orhus”fiziki və hava mübarizələrində güclü komandadır.

Ona görə yerlə verilən ötürmələr, yarımzonaya girişlər və müdafiə arxasına diaqonal qaçışlar daha effektiv görünür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti