ŞOK XƏBƏR! Azərbaycanda bir gecədə o ki var VARLANACAQLAR!

11 Avqust 13:00 Sabah 1 025
ŞOK XƏBƏR! Azərbaycanda bir gecədə o ki var VARLANACAQLAR!

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

"Sabah" da bu gün meydana çıxacaq.

Valdas Dambrauskasın komandası öz meydanında Danimarka çempionu "Orhus"la qarşılaşacaq.

Tərəflər arasında Danimarkada keçirilən ilk matçda "Orhus" 2:1 hesablı qələbə qazanıb.

Bu cütün qalibi pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) duelinin güclüsü ilə qarşılaşacaq.

Məğlub tərəf isə Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sabah" yoluna ÇL-də davam etməyi planlaşdırır. Bu, klub rəhbərliyinin bir nömrəli istəyidir.

Aldığımız məlumata görə, "bayquşlar" qarşılarına qoyulan tapşırığı yerinə yetirirsə, böyük məbləğdə mükafatlandırılacaqlar.

Qitənin ən mötəbər yarışında pley-offa yüksəlmək müqabilində əsas heyətdə meydana çıxanların hər birini 30 min dolların üstündə pul gözləyir.

Oyun saatına kimi bu məbləğin daha da artırılması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM